Los-Ancelesdə qeyri-qanuni mühacirlərin aksiyaları davam edir: 2 polis yaralanıb, 56 nəfər saxlanılıb

Los-Ancelesdə qeyri-qanuni mühacirlərin aksiyaları davam edir: 2 polis yaralanıb, 56 nəfər saxlanılıb
DÜNYA
11:48 09.06.2025
398
Kaliforniyanın Los-Anceles şəhərində qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasına qarşı keçirilən etiraz aksiyaları 3 gündür ki, davam edir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, etirazlar zamanı iki polis məmuru yaralanıb, 56 nəfər həbs edilib.

Kaliforniya qubernatoru Gavin Nyusom bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyasından etirazlarla mübarizə üçün Los-Ancelesə Milli Qvardiya qoşunlarının yeridilməsi əmrini ləğv etməyi tələb edib.

Gavin Nyusom qoşunların yerləşdirilməsini dövlət suverenliyinin ciddi şəkildə pozulması adlandırıb:
 
"Mən rəsmi olaraq Tramp Administrasiyasından Milli Qvardiyanın qoşunlarının Los-Anceles dairəsinə qeyri-qanuni yerləşdirilməsini ləğv etməyi və onları mənim komandanlığıma qaytarmağı tələb etmişəm. Tramp işə qarışana qədər bizim heç bir problemimiz yox idi. Bu, ştatın suverenliyinin ciddi şəkildə pozulması, gərginliyin artmasıdır”.

Qeyd edək ki, Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasına qarşı etirazlar üçüncü gündür ki, davam edir.

Tramp bildirib ki, iğtişaşlarla mübarizə aparmaq üçün 2000 Milli Qvardiyaya əmr verib. Onlar iyunun 8-i səhər saatlarında şəhərə gəlməyə başlayıblar.

Bazar günü Los-Ancelesdə keçirilən etiraz aksiyaları zamanı iki polis məmuru yaralanıb. Ən azı, beş avtomobil yandırılıb.

OXŞAR XƏBƏRLƏR