Kaliforniya ştatının Los-Anceles şəhərində tunelin çökməsi nəticəsində azı 15 işçi köməksiz vəziyyətdə qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles Yanğınsöndürmə İdarəsi bildirib ki, hadisə axşam saat 20:00 radələrində Wilmington rayonunda, North Figueroa küçəsinin 1700-cü məhəlləsi yaxınlığında baş verib.
Yanğınsöndürmə idarəsi xilasetmə işlərini aparmaq üçün şəhərin bütün axtarış-xilasetmə qrupları da daxil olmaqla fövqəladə hallar briqadasını hadisə yerinə göndərib.
Gülay