Uğurlu bilet bu ilin may ayında Florida ştatındakı Tampa şəhərində yerləşən supermarketlərdən birində alınıb.
Powerball-ın qaydalarına görə, uduşa yiyələnmiş şəxs son tirajdan sonrakı 6 ay ərzində pulları almalıdır.
Powerball rəhbərliyi bəyan edib ki, uğurlu bilet qüvvədən düşmüş sayılır və 16 milyon dolları udmuş adam pulları almaq hüquqdan məhrum edilib.
2003-cü ildə Floridada lotereyada 53,7 milyon dollar udmuş şəxs uduşunu almamışdı.(milli.az)