Lotereyada 16 milyon dollar udan tapılmır

DÜNYA
17:56 23.11.2013
1800
ABŞ-dakı Powerball milli lotereyasında 16 milyon dollarlıq cek-potu udmuş şəxs hələ də pulunu almayıb.
Uğurlu bilet bu ilin may ayında Florida ştatındakı Tampa şəhərində yerləşən supermarketlərdən birində alınıb.
Powerball-ın qaydalarına görə, uduşa yiyələnmiş şəxs son tirajdan sonrakı 6 ay ərzində pulları almalıdır.
Powerball rəhbərliyi bəyan edib ki, uğurlu bilet qüvvədən düşmüş sayılır və 16 milyon dolları udmuş adam pulları almaq hüquqdan məhrum edilib.
2003-cü ildə Floridada lotereyada 53,7 milyon dollar udmuş şəxs uduşunu almamışdı.(milli.az)

OXŞAR XƏBƏRLƏR