Xaçmazda tarixi cekpot qazanmış şəxs bu dəfə 100 000 AZN udub.
AZXEBER.COM xəbər verir ki, lotereyada maraqlı hal yaşanıb. Belə ki, şanslı qalib yenə Xaçmaz şəhərindən çıxıb. İşin xoş təsədüfü isə qalibin daha öncə də eyni satış məntəqəsindən aldığı biletlə "4+4" lotereyasında 913 072 manatlıq tarixi cekpotu qazanması olub.
Bəxtəvər qalib Kamran Məmmədsəidov əli düşərli olan satıcı Cəfər Xıdırovdan sadəcə 5 manata aldığı bir biletlə böyük uduş – 100 000 manata sahib olub. Oyun qaydalarına əsasən qalib şəxs 10 mislini də seçsəydi, böyük uduş - 1 000 000 manatı qazana bilərdi.
Daha öncə müsahibələrinin birində 1 000 000 manat udduğunu yuxusunda gördüyünü deyən Kamran bəy indi 100 000 manat qazanaraq yuxusunu çin etmiş olub.