“Masallı şikəstəsi” adlanan sənədli romanda “Masallılı Mamed” haqqında 100-ə yaxın insanın olduqca maraqlı xatirələri və indiyə qədər heç bir yerdə çap olunmayan şəkilləri toplanıb. Kitaba Rusiyada yaşayan həmyerlilərimizin də böyük marağını nəzərə alınaraq roman eyni kitabda həm kiril, həm də latın qrafikası ilə çap ediləcək.
Haqqında bəhs etdiyimiz sənədli romanın yaxın aylarda oxuculara təqdim olunacağı nəzərdə tutulub./”Cənub xəbərləri”