“Lotu Quli”ni öldürmək istəyənlər saxlanıldı - FOTO

KRİMİNAL
15:45 03.02.2020
11972
Azərbaycanlı kriminal avtoritet "Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

"Report”un xəbərinə görə, bu barədə Türkiyənin "Milliyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2-si ukraynalı və 1-i rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.

Saxlanılan şübhəlilərin "Andrey Malyi" ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıkladzenin rəhbərliyi altında olduğu söylənilir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR