65 yaşlı məşqçi uzun müddətdir çalışdırdığı Donetsk “Şaxtyor”u ilə gələn il müqaviləsi bitəndən sonra ümumiyyətlə, futboldan uzaqlaşaraq, təqaüdə çıxacaq.
Bu üzdən “Cim Bom”a dönmək istəməyən Luçesku ora öz namizədinin adını açıqlayıb. Belə ki, Rumıniya yığmasının baş məşqçisi olan oğlu Razvanı “Qalatasaray”a təklif edib. O, qeyd edib ki, Cim-Bomu oğlu çalışdırmalıdır, özü yox.
Qeyd edək ki, 42 yaşlı kiçik Luçesku yığmadan öncə vətənində “Braşov” və Buxarestin “Rapid” klubunu çalışdırıb.