Rumıniya millisi baş məşqçisi Mirça Luçesku ilə yollarını ayırıb.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Xatırladaq ki, 80 yaşlı çalışdırıcının rəhbərliyi altında Rumıniya yığması Türkiyəyə məğlub olaraq (1:0) dünya çempionatına vəsiqəni əldən vermişdi.











































