“Lufthansa”nın yüzlərlə reysi təxirə salınıb

“Lufthansa”nın yüzlərlə reysi təxirə salınıb
DÜNYA
20:13 02.09.2022
329
Almaniyanın "Lufthansa” aviaşirkətinin yüzlərlə reysi pilotların maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi tətilə görə ləğv edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report” "Associated Press”ə istinadən xəbər verir.

Nəticədə Frankfurt və Münhendə ümumilikdə, təxminən, 800 aviareys ləğv olunub.

Almaniyanın aviaşirkətinin nümayəndələrinin məlumatına əsasən, tətillə əlaqədar 100 mindən çox sərnişinin planları pozulacaq.

OXŞAR XƏBƏRLƏR