Luis Enrike Mbappe ilə bağlı suala qəzəbləndi

İDMAN
21:07 16.12.2023
249
PSJ-nin baş məşqçisi Luis Enrike klubun fransalı hücumçusu Kilian Mbappe ilə bağlı verilən suala qəzəblənib.

Enrike jurnalistlərin Mbappenin meydançada daha az sərbəst olması ilə bağlı sualına belə cavab verib:

"Heç kimə nəyisə sübut etmək məcburiyyətində deyiləm. Kilian Mbappe də mən bura gələndə olduğu kimi azadlığa malikdir. O, hər mövsüm 50 qol vurub, 25 məhsuldar ötürmə edən ən yaxşı oyunçumuzdur. O, təkcə doqquz nömrə kimi deyil, həm də sağ və sol cinahlarda tam sərbəst oynayır. Bunu sizə bir daha təkrarlayacağam. Mbappeni belə oynamağa inandırmağa ehtiyacım yoxdur", - mütəxəssis bildirib. 

OXŞAR XƏBƏRLƏR