"Real Madrid"in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Avro-2024-də çıxış edə bilər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı ulduzun Avro-2024-ün hədəfi üçün oynamaq istədiyi məlum olub.
Səudiyyə Ərəbistanının "Əl-Hilal” komandasının 3 mövsüm üçün 200 milyon avroluq təklifini geri çevirən Modriçin Avro-2024-də oynamaq istədiyi məlum olub.
"Real Madrid" - "Selta Viqo" matçından əvvəl mətbuat konfransı keçirən Karlo Ançelotti Luka Modriçin ayrılmaq istədiyi iddialarına cavab verib.
Klubun baş məşqçisi bunu inkar edib.
O, həmçinin sentyabrın 9-da 38 yaşı tamam olacaq Modriçin meydanlarda çox oynaya bilmədiyi üçün bədbin olduğunu təsdiqləyib.
Gülay