Lukaşenko: Əgər Belarusa hücum olsa, ruslarla birgə döyüşməyə hazırıq

Lukaşenko: Əgər Belarusa hücum olsa, ruslarla birgə döyüşməyə hazırıq
DÜNYA
19:41 16.02.2023
187
Belarus Prezidenti Aleksandr Lukaşenko hansı halda ordudan istifadə etməyə hazır olacağını açıqlayıb.

Lukaşenko bu barədə xarici və belaruslu jurnalistlərlə görüşündə bildirib.

"Mən hələlik yalnız bir halda Belarus ərazisindən rusiyalılarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlsə, mənim insanlarımı öldürsə... Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq. Müharibə isə tamam başqa xarakter alacaq”, - deyə Belarus lideri vurğulayıb.
 
 ///APA
OXŞAR XƏBƏRLƏR