Belarus Silahlı Qüvvələri yoxlama məqsədi ilə ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Belarus Müdafiə Nazirliyi öz "Telegram" kanalında paylaşıb.
Ordunu yoxlamaq tapşırığını Belarus Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Lukaşenko verib.
"Belarus SQ-nin bir sıra bölmələri döyüş hazırlığına keçid üzrə kompleks tədbirlər həyata keçirəcək, müəyyən edilmiş rayonlara doğru irəliləyəcək və sərəncamda göstərilmiş tədbirləri icra edəcək", - məlumatda deyilir.
Təlimə Belarus Təhlükəsizlik Şurasının dövlət katibliyi nəzarət edir.
\ Oxu.Az