Lukoşenko Zelinskiyə verdiyi sözü tutmadı: Hücuma keçdi

Lukoşenko Zelinskiyə verdiyi sözü tutmadı: Hücuma keçdi
DÜNYA
15:19 01.03.2022
536

Xəbər verdiyimiz kimi, Belarus qoşunları Rusiyaya yardım etmək üçün Ukrayna ərazisinə daxil olub.

Bunu "Sever” regional ərazi müdafiəsi idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.

"Belarus müharibəyə qoşuldu. Çerniqov bölgəsinə Belarus qoşunları daxil olub”, - o bildirib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna Prezidenti Zelenski Lukoşenkonun Ukrayna ərazisinə hücum etməyəcəyi ilə bağlı ona söz verdiyini demişdi. Zelenskinin 27 fevralda yazdığı statusda deyilirdi: 

"Aleksandr Lukaşenko ilə söhbət çox subyektiv olub. Mən Belarusdan Ukraynaya raketlərin, təyyarələrin uçmasını istəmirəm. Mən Belarusdan Ukraynaya qoşun getməsini istəmirəm. Və o, məni buna əmin etdi".

 

OXŞAR XƏBƏRLƏR