Lüks mağazaya boyayla hücum edildi

Lüks mağazaya boyayla hücum edildi
DÜNYA
11:04 03.10.2023
509
Fransada iqlim fəalları Paris Moda Həftəsinə hazırlaşan məşhur brendin mağazasını hədəfə alıblar.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada iqlim fəalları Parisin Yelisey küçəsindəki "Louis Vuitton" mağazasını öz məhsullarının istehsalında ətraf mühitə zərər vurmaqda və dövlətdən vergidən yayınmaqda günahlandıraraq sprey ilə boyayıblar.

Polis qrupları "Eqoistliklərini öldürmək” şüarı ilə köynək geyinən fəallara müdaxilə edərək saxlayıb.

Yanvar ayında icma hökumətin iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətsizliyinə etiraz olaraq "Matignon" kimi tanınan Baş Nazirlik binasının bəzi hissələrini sprey boya ilə narıncı rəngə boyamışdı.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR