"2 il öncəki oyunla indikini müqayisə etmək çətindir".
Bunu Lüksemburq millisinin kapitanı Loran Yans Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı futbolçu qrupun ilk matçında nisbətən bərabər oyunun getdiyini söyləyib: "Amma biz qələbəyə daha layiq idik. Sabah da bunun üçün oynayacağıq. Rəqib evdə yaxşı çıxış edir. Lakin hədəfimiz 3 xaldır".
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.
///Report