Səudiyyə Ərəbistanından Yəmənə sevgilisinin yanına qaçan Xuda adlı qız, ona siyasi sığınacaq verilməsi məsələsi həll olunana qədər BMT tərəfindən himayə ilə təmin edilib.
AZXEBER.COM-un BBC Russian-a istinadən verdiyi xəbərə görə, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissar İdarəsinin təmsilçisi BBC-yə bildirib ki, Xuda qaçqın statusu almaq üçün müraciət edib və bu barədə qərar verilənə qədər onu deportasiya etmək olmaz.
Bildirilir ki, böyük ehtimalla o, siyasi sığınacaq alacaq, çünki Səudiyyə Ərəbistanında o, qohumları tərəfindən təqib oluna və öldürülə bilər.
Bu sevgi hekayəsi Yəməndə böyük marağa səbəb olub və hətta “Romeo və Culyetta”nın müasir versiyası adlandırılır.