Ölümlə nəticələnən avtoqəza - VİDEO

MAQAZİN
19:17 13.03.2013
2246
Yol qəzaları növbəti dəfə insan həyatına bais olub. Bu dəfə Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində ölümlə nəticələnən avtoqəza olub. Belə ki, “Kamaz” markalı yük maşını Koroğlu metrosu istiqamətində gedən zaman iki minik maşınını vurub və həmin maşınların birində olan sərnişin ölüb.Hadisə zamanı daha üç nəfər xəsarət alıb. Balakərim Ağayevin idarə etdiyi “Kamaz” markalı yük maşını ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən sürücü Rəşad Məmmədovun və Elşən Əliquliyevin idarə etdiyi “Mersedes” markalı avtomobillərlə toqquşub.Başqa sözlə desək, yük maşını hər iki minik maşınını vuraraq bir neçə metr sürüyüb. Müəyyən edilib ki, dünyasını dəyişən 31 yaşlı Mirzəliyev Rahim Qiyas oğlu sürücü 28 yaşlı Rəşad Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomaşında olub. Onun olduğu nəqliyyat vasitəsi ciddi deformasiyaya uğradığından Rahim Mirzəliyev aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlarsa avtomaşınların sürücüləri olub. Hər üç yaralı təcili tibbi yardım maşınlari ilə xəstəxanaya çatdırılıb.Yol qəzasının təfərrüatlarını Nərimanov rayon polis idarəsinin istintaqçıları araşdırır. Hadisəyə səbəb kimi, ara məsafəsinin düzgün təyin edilməməsi əsas gətirilsə də, yüksək sürət amili də istisna edilmir. Faktla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR