Ölümlə vuruşan İbrahim Tatlısəsdən yeni xəbər var

DÜNYA
15:02 22.03.2015
1604

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin səhhəti haqqında yeni şayiələr dolaşır. Bəzi kütləvi informasiya vasitələri əməliyyat olunan zaman onun bədəninə mikrob keçdiyini yazıb. Bu səbəbdən də onun qarnında şişlik olduğu bildirilib. Bununla belə həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını deyirlər. Qeyd edək ki, İbrahim Tatlısəs bir neçə gün əvvəl Amerikada əməliyyat olunub. Əməliyyatdan 6 gün sonra oyandırılan sənətçi cihaza bağlı olaraq nəfəs alır. O, dünən axşam telefonla anası ilə danışaraq yaxşı olduğunu, narahatlığa heç bir səbəb olmadığını deyib. İbrahim Tatlısəs oyanandan sonra oğlu İdo da onu ziyarət edib. O: "Ata, əgər məni eşidirsənsə, sağ ayağını tərpət", - deyib və sənətçi də sağ ayağını tərpədib.

OXŞAR XƏBƏRLƏR