İranda ötən ilin sentyabrında əxlaq polisi tərəfindən həbs edildikdən sonra ölümü aylarla etirazlara səbəb olan Məhsa Əmaninin əmisi həbs edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kürd İnsan Haqları təşkilatı Hengau və Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsi 30 yaşlı Safa Aelinin təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerdə saxlandığını açıqlayıb.
Məlumata görə, İran qüvvələri Safa Aelinin evinə heç bir order olmadan basqın ediblər.
İnsan haqları təşkilatları, o cümlədən Amnesty International, İran hökumətini Mahsa Amani-nin ölüm ildönümü ərəfəsində repressiyaları gücləndirməkdə ittiham edir.
Xatırladaq ki, Əmaninin İslami geyim qaydalarına əməl etmədiyinə görə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra həbsdə olarkən ölümü İranda aylardır zorakılıqla yatırılan nümayişlərə səbəb olub və "Qadın, Həyat, Azadlıq” hərəkatının yaranması ilə nəticələnib.
Mikayıl