Ölümündən 24 il sonra Barış Mançonun vəsiyyəti AÇIQLANDI

Ölümündən 24 il sonra Barış Mançonun vəsiyyəti AÇIQLANDI
MAQAZİN
12:07 01.02.2023
329

Türkiyənin əfsanəvi müğənnisi, Anadolu rok və pop ustadı Barış Mançonun vəsiyyəti açıqlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, vəfatının 24-cü ildönümü ərəfəsində sənətçinin xanımı bildirib ki, Barış Manço "2023” adlı əsərini simfonik orkestrin müşayiəti ilə səsləndirməyi planlayırmış.

"Barış deyirdi ki, 2023-cü ildə 80 yaşı olacaq. O zaman, bəlkə də, Doğukanın (oğlu) qolunda səhnəyə çıxacaq, ancaq simfonik orkestrin müşayiəti ilə "2023” əsərini ifa edəcək. Biz bunu vəsiyyət kimi qəbul etmişik və bizim üçün yerinə yetirilməsi mütləq olan bir əmrdir. Barış Mançonu 2023-cü ildə mütləq şəkildə səhnəyə çıxaracağıq və simfonik orkestrin müşayiəti ilə "2023”ü dinləyəcəyik”.

Barış Manço həmin əsəri 50 il bundan əvvəl bəstələyib və "2023”lə bağlı ilk dəfə 1999-cu ildə Yaponiyanın Osaka şəhərində verdiyi konsertdə danışıb:

"Mahnımızın adı "2023”dür. Cümhuriyyətimizin 2023-cü ildə 100 yaşı olacaq. Həmin il mən 80 yaşında olacağam. 2023-cü ildə yenidən buraya- Osakaya gəlmək istəyirəm. Həmin əsəri burada səsləndirmək arzumdur”.

Qeyd edək ki, Barış Manço 1 fevral 1999-cu ildə İstanbulda vəfat edib.

Ayşən

OXŞAR XƏBƏRLƏR