Ölümündən sonra ortaya çıxan həqiqətlər: II Elizabetin bilinməyən 10 vərdişi

Ölümündən sonra ortaya çıxan həqiqətlər: II Elizabetin bilinməyən 10 vərdişi
DÜNYA
13:50 23.09.2022
863
96 yaşında vəfat edən Böyük Britaniya kraliçası II Elizabet dünya tarixində ən uzun sağ qalan ikinci insandır. Kraliçanın ölümündən sonra onunla bağlı bir çox naməlum detallar üzə çıxmağa başlayıb.

AZXEBER.COM Elizabetin qəribə vərdişləri və onun haqqında bilinməyənləri təqdim edir.

1.Bananı çəngəl və bıçaqsız yeməzdi.
Kraliça Elizabetin ölümündən sonra onunla uzun illər işləmiş bütün keçmiş işçiləri Kraliça haqqında məlumatlar veriblər. Bu məlumatın əvvəlində onun yemək tərzi və üstünlükləri var. Kraliça Elizabetin ən mühüm xüsusiyyətlərindən biri heç vaxt bananı qabığını soyaraq birbaşa yeməməsi olub. Keçmiş kral başçılarından biri bildirib ki, kraliça həmişə bananı bıçaqla kəsir və çəngəl ilə yeyirmiş.

2.Sürücülük vəsiqəsi almayıb.
II. Dünya Müharibəsində yük maşınlarını idarə edən və maşın sürərkən tez-tez kameralara tuş gələn Kraliça II. Elizabet yaxşı sürücü olub. O, heç vaxt sürücülük üçün yazılı imtahan verməyib. Kraliça Böyük Britaniyada ictimai yollarda maşın sürmək üçün sürücülük vəsiqəsi tələb olunmayan yeganə şəxs olub.

3.Yalnız xüsusi reseptlə hazırlanan yumurtanı yeyərdi.
Səhər yeməyində yumurta yeməyi sevən Kraliça II. Elizabetin xüsusi yumurta resepti olub. Kraliçanın keçmiş işçilərindən birinin verdiyi məlumata görə, o, bişməyə yaxınlaşan yumurtaya limon qabığı və kokos yağı əlavə edirmiş. 

4.Xüsusi alətlərin səsinə oyanarmış.
O, Şotlandiyanın Balmoral şəhərindəki evində qaldığı günlər ərzində hər səhər saat 07.30-da otağının pəncərəsinin altında çalan çubuqların səsinə oyandırılıb.

5.Çörəyin üstünü heç vaxt yeməyib. 
Elizabet həyatında heç vaxt çörəyin üstünü yeməyib. Xüsusilə sendviç yeməyi çox sevən Kraliça həmişə çörəyin içi ilə hazırlanan sendviçlərə üstünlük verib. 

6.Heyvanları çox sevən kraliçanın delfinləri və balinaları olub.
Məlumata görə, Böyük Britaniya sularında yaşayan "kral balığı" kimi tanınan balinalar və delfinləri çox sevib. 

7.Onun 30 uşağı olub.
Kraliça Elizabet cəmi dörd övladı ilə yanaşı, 30 uşağın xaç anası olub. Onların arasında keçmiş gəlini Ledi Diananın qardaşı Erl Spenser də var. Digər xaç övladlarının kim olduğu bilinmir.

8.Heç vaxt pasportu olmayıb.
Kraliçanın nə sürücülük vəsiqəsi, nə də pasportu var idi və ömründə pasporta ehtiyacı olmayıb. Böyük Britaniyada onun adına pasport və sürücülük vəsiqəsi verildiyi üçün bu sənədi almağa ehtiyac duymayıb. Bu, ancaq hökmdarlara aid olan xüsusiyyətdir.

9.O, parlaq geyinməyi sevərmiş.
Rəngarəng paltarları və xüsusi hazırlanmış papaqları ilə tez-tez kameralara əks olunan Kraliça II. Elizabet parlaq rəngli paltarlar geyinməyi sevir və ona əhəmiyyət verirdi. Xüsusilə izdihamlı mərasimlərdə, məclislərdə, camaatla qaynayıb-qarışdığı yerlərdə insanların onu görə bilməsi üçün parlaq və hətta neon rənglərə üstünlük verən Kraliça bu mövzuda çox həssas olub. Hamının onu görə bilməsi və izdihamda diqqət çəkməsi onun üçün vacib olub.

10.Gəlinliyi üçün kupon yığırmış.
Kraliça II. Elizabet gəlinlik paltarını gəlinlər üçün yığdığı kuponlarla almağı düşünmüşdü. Bu gün belə bir praktika yoxdur, amma o illərdə Britaniya hökuməti ailə qurmağa hazırlaşan gəlinlərə kupon paylayırdı.

Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər