Filmin əsas məqsədi gənc nəslə narkomaniya - ağ ölüm bəlasının fəsadlarını maarifləndirmə yolu ilə çatdırmaq və onları narkotikə qurşanmasının qarşısını almaqdır.
Narkomaniyanın fəsadları barədə 30 dəqiqəlik sənədli film Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Maarifçi Gənclər Təşkilatı tərəfindən hazırlanıb. Təqdimat mərasimində filmdə rol almış Asif Kəngərli həkim-narkoloq, Araz Mənüçöhri Tibb universitetinin dosenti, Məzahir Əfəndiyev BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının koordinatoru iştirak etmişdirlər.
Film təqdimatdan sonra Yurd İnternet televiziyasında yerləşdirilmişdir