Luqanskda indiyədək 11 yaşayış məntəqəsi azad edilib

Luqanskda indiyədək 11 yaşayış məntəqəsi azad edilib
DÜNYA
18:48 12.11.2022
193
"İndiyədək Luqanskda əsasən kiçik kəndlərdən ibarət 11 yaşayış məntəqəsi işğaldan azad edilib”.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətində irəliləməsi digər ərazilərdə olduğu kimi sürətli deyil:

"Bunun əsas səbəbi qarşı tərəfin ciddi müdafiə hazırlığıdır. Rusiya ordusu bu istiqamətdə kifayət qədər güclü hazırlaşıb”.

Qaydayın sözlərinə görə, ruslar Luqanskda hər yeri minalayırlar.
OXŞAR XƏBƏRLƏR