Lütfi Zadə akademik Rafiq Əliyevə böyük məbləğdə pul vəsiyyət etdi – Alim məbləği Assosiasiyaya bağışladı

Lütfi Zadə akademik Rafiq Əliyevə böyük məbləğdə pul vəsiyyət etdi – Alim məbləği  Assosiasiyaya bağışladı
SOSİAL
12:46 14.11.2017
1353

Bu ilin sentyabrında 96 yaşında dünyasını dəyişən dahi alim Lütfi Zadənin vəfatı bütün bəşəriyyət üçün böyük itki oldu. Lakin Zadədən sonra onun elmi irsi və nəzəriyyələri yenə də bu bəşəriyyətə xidmət etməkdədir.

Zadə elmi irsinin varisi isə dünya çapında tanınan başqa bir həmyerlimiz professor Rafiq Əliyevdir. Rafiq Əliyev bu günlərdə Lütfi Zadənin irsinin tədqiq və təbliği, öyrənilməsi istiqamətində həddindən artıq böyük addım atıb.

Moderator.az xəbər verir ki, Rafiq Əliyev Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirasın hamısını birbaşa rəhbəri olduğu "Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.

Bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

"Hörmətli, Professor Əliyev,

Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm ki, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.

Rafiq Əliyevin Norman Zadəyə yolladığı məktub isə həqiqətən, böyük fədakarlıq və böyüklük düsturu kimi qiymətləndirilə bilər. Belə ki, professor Əliyev kifayət qədər böyük məbləği (artıq fonda aid olduğu üçün və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır) birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə – "Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

Rafiq Əliyevin məktubunun mətni belədir:

"Bu maddi vəsiyyət heç vaxt mənim özəl məqsədlərimə sərf olunmayacaq”

"Hörmətli, Norman Zadə. Məktubunuza görə təşəkkür edirəm. Professor Zadə həmişə mənim müəllimim, yolgöstərənim olub. Bizim sizin ailənizlə-Lütfi və Fey Zadələrlə 40 ilə yaxındır ki, ailəvi dostluğumuz var. Bu ailəvi dostluqla bərabər, professor Lütfi Zadə ilə "Qeyri-səlis məntiq” , "Sözlə hesablamalar”, "Müasir qərarqəbuletmə nəzəriyyələri” üzrə bizim elmi layihələrimiz olub. Birlikdə müxtəlif elmi işlər aparmışıq. Professor Lütfi Zadə mənim "World Scientific”, "Springer” və başqa elmi nəşriyyatlarda çıxan 7 kitabıma ön söz yazıb. Sonuncu kitabı – "Z ədədlər hesabı, nəzəriyyəsi və tətbiq”- birlikdə yazmışıq. Əsas fəsli də Lütfi Zadə yazıb. 7 ay bundan öncə Lütfi Zadə mənə bir məktub göndərdi ki, "Qeyri-səlis məntiq” nəzəriyyəsi və tətbiqi” adlı iki hissədən ibarət bir kitab yazaq. Mən "World Scientific” nəşriyyatı ilə bu məsələni razılaşdırdım. Bizim bu gün həmin nəşriyyatla müqaviləmiz var. Müqaviləni 4-5 ay bundan əvvəl Lütfi Zadəyə yolladım. Düşünürəm ki, həmin müqavilə hazırda onun arxivindədir. Müqaviləyə görə, kitab bu ilin dekabr ayında nəşriyyata təqdim olunmalıdır.

Hörmətli Normal Zadə!

Lütfi Zadənin dünyasını dəyişməsi tək bizim üçün yox, bütün bəşəriyyət üçün böyük itkidir. 40 il ərzində hər həftə mən Lütfi Zadə ilə telefon əlaqəsi saxlayırdım. İldə bir, ya iki dəfə, Berkli yaxud, Amerika və Avropanın müxtəlif şəhərlərində görüşürdük. Lütfi Zadə ilə sonuncu söhbətim avqustun axırında oldu.

Hörmətli, Norman Zadə!

Lütfi Zadənin vəsiyyəti ilə əlaqədar onu demək istərdim ki, bu, məni son dərəcədə həyəcanlandırdı və son dərəcə emosional təsir etdi. İnformasiya üçün sizə demək istəyirəm ki, 20 il bundan əvvəl mən "Zadə irsi və süni intellekt” Assosiasiyasını yaratdım. Mən hazırda bu assosiasiyanın prezidentiyəm. Məqsədim Lütfi Zadənin bu maddi vəsiyyətini həmin assosiasiyaya bağışlamaqdır. Bu fond Zadə irsinin tədqiqi, təbliği, öyrənilməsi, yayılması üçün istifadə olunacaq.

Heç bir vaxt bu maddi vəsiyyət mənim özəl məqsədlərimə sərf olunmayacaq.

Biz tələbələr üçün Zadə təqaüdləri təyin edəcəyik. Qeyri- səlis məntiq və bununla əlaqəli sahələrdə gənc tədqiqatçıların elmi işlərinə dəstək üçün sərf edəcəyik.

Məktubunuza görə təşəkkür edirəm”.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi