Lütfi Zadənin dəfn proqramı: cənazə nə vaxt gətirilir?

Lütfi Zadənin dəfn proqramı: cənazə nə vaxt gətirilir?
SOSİAL
20:02 28.09.2017
1041

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.

Qeyd edək ki, dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

OXŞAR XƏBƏRLƏR