Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi işləri yekunlaşır - RƏSMİ

Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi işləri yekunlaşır - RƏSMİ
SOSİAL
11:10 13.09.2017
940
"Baş Konsulluğumuz görkəmli alim Lütfi Zadənin həyatının son anlarınadək onun səhhəti ilə yaxından maraqlanıb, həm özü, həm oğlu, həm də yanındakı şəxslərlə daim əlaqədə olub".
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.
 
Baş konsul qeyd edib ki, hazırda Lütfi Zadənin arzusuna uyğun olaraq, onun nəşinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir: "Ən yaxın günlərdə professorun nəşinin Bakıya göndərilməsi nəzərdə tutulur".
 
N. Ağayev Lütfi Zadənin vəfatının həm Azərbaycan, həm də dünya elmi üçün böyük itki olduğunu deyib: "Onun elmi kəşfləri və nəzəriyyələri alimə qlobal miqyasda böyük şöhrət qazandırıb. Təsadüfi deyil ki, ABŞ-ın ən tanınmış qəzetlərindən olan "New York Times” alim haqda dərc etdiyi məqaləsində Lütfi Zadənin "qeyri-səlis məntiq” nəzəriyyəsinin linqvistika, iqtisadiyyat və təbabətdən tutmuş məişət cihazlarının inkişafınadək müxtəlif sahələrə böyük təsir göstərdiyini qeyd edib. Hələ həyatda ikən onunla dəfələrlə ünsiyyətdə olmaq xoşbəxtliyinə malik olmuş şəxslərdən biri kimi söyləyə bilərəm ki, Lütfi Zadə nəinki dahi alim, həm də öz təvazökarlığı, sadəliyi və xeyirxahlığı ilə seçilən böyük insan idi”.
 
N. Ağayev Lütfi Zadənin həmişə Azərbaycanın uğurları üçün sevindiyini də dilə gətirib: "O, daim söhbətlərimizdə Azərbaycanın bugünkü inkişafı, prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən daha da qüdrətlənməsinin onu bir azərbaycanlı kimi olduqca sevindirdiyini vurğulayırdı. Professor Lütfi Zadə tez-tez "Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var” deyirdi.
 
2016-cı ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl Medalının Lütfi Zadəyə təqdim olunması üçün Baş Konsulluğumuz onun işlədiyi Kaliforniya Berkli Universiteti ilə birgə təntənəli tədbir keçirmişdi. Professor Zadə həmin tədbirdə çıxışında Azərbaycan rəhbərliyi tərəfindən ona daim göstərilən diqqəti yüksək qiymətləndirdiyini və Azərbaycanın müstəqil dövlət kimi uğurları ilə fəxr etdiyini bildirmişdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR