Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - Fotolar

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - Fotolar
SOSİAL
14:13 31.08.2018
4189
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırdır.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən məlumat verir ki, abidənin hazırlanması heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə olunmuşdu. O, abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib.

Qəbrin üzərində ucaldılan heykəlin hazırlanmasında tuncdan, bürüncdən və qranitdən istifadə edilib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi. 
 
Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR