Luvr muzeyindən Napoleon və imperatriçənin zinət əşyaları oğurlandı

Luvr muzeyindən Napoleon və imperatriçənin zinət əşyaları oğurlandı
DÜNYA
14:37 19.10.2025
132
Parisdəki məşhur Luvr muzeyində oğurluq hadisəsi baş verib.

Beş nəfər naməlum şəxs Sene çayı tərəfindən muzeyə daxil olaraq Napoleona və imperatriçəyə aid zinət əşyalarını – boyunbağı, bər-bəzək broşu və diademanı oğurlayıblar.

"Le Parisien” nəşrinin yazdığına görə, cinayətkarlar hazırda təmir işləri aparılan binaya yük liftindən istifadə etməklə daxil olublar və "Apollon qalereyasında” yerləşən otağa çataraq doqquz eksponatı ələ keçiriblər.

Hazırda muzey fəaliyyətini dayandırıb, oğruların axtarışı isə davam edir.
 
///apa
OXŞAR XƏBƏRLƏR