Luvr soyğununda oğurlanan imperatriça tacının son görüntüsü

Luvr soyğununda oğurlanan imperatriça tacının son görüntüsü
DÜNYA
16:47 06.02.2026
282
Luvr soyğununda zədələnmiş İmperatriça Yevgeniyanın tacının son görüntüsü yayımlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında Parisdə yerləşən dünyaca məşhur Luvr Muzeyində baş verən iri miqyaslı zərgərlik soyğunu ilə bağlı yeni məlumatlar açıqlanıb. Soyğun zamanı oğurlanan, lakin qaçan oğrular tərəfindən atılan XIX əsrə aid almaz tacın son vəziyyətini əks etdirən fotoşəkil ictimaiyyətə təqdim olunub.

Muzey rəsmilərinin bildirdiyinə görə, söhbət Fransa imperatriçası Yevgeniyaya məxsus tacdan gedir. Tac soyğundan sonra tapılıb və ilkin araşdırmalar onun "demək olar ki, bütöv” vəziyyətdə olduğunu göstərib. Luvr rəhbərliyi tacın bərpasının mümkün olduğunu açıqlayıb.

Qeyd edilib ki, oğrular tacı şüşə vitrində açdıqları dar dəlik vasitəsilə çıxarmağa çalışarkən eksponat ciddi deformasiyaya məruz qalıb. Buna baxmayaraq, aparılan ekspertiza nəticəsində tacın üzərindəki 1354 brilyant və 56 zümrüdün demək olar ki, hamısının yerində olduğu müəyyən edilib.

Məlumata görə, tacı bəzəyən səkkiz qızıl qartaldan yalnız birinin itkin düşdüyü aşkar olunub. Tapıntı muzeyin bərpa mütəxəssisləri tərəfindən ətraflı şəkildə araşdırılır.

Xatırladaq ki, Luvr Muzeyində baş verən soyğunun ümumi dəyəri 88 milyon avro olaraq qiymətləndirilir və hadisə Fransada son illərin ən səs-küylü mədəni irs cinayətlərindən biri hesab olunur.
 
Gülay

OXŞAR XƏBƏRLƏR