“Ülvi bizdən ev tikmək üçün torpaq istəmişdi, o da verilmişdi” – İntihar edən qazi ilə bağlı AÇIQLAMA

“Ülvi bizdən ev tikmək üçün torpaq istəmişdi, o da verilmişdi” – İntihar edən qazi ilə bağlı AÇIQLAMA
SOSİAL
14:04 22.11.2021
1434

Xəbər verdiyimiz kimi, ötən gün Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.

AZXEBER.COM hadisə ilə bağlı yeni təfərrütları öyrənmək üçün Ağdaş rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən Xaləddin Şavəddinov ilə əlaqə saxlayıb.

O, bildirib ki, Ülvi İsgəndərov ev tikmək üçün torpaq sahəsi üçün müraciət edib və torpaq sahəsi ilə təmin olunub:

"Bizim o ailə ilə tanışlığımız var. İntihar edən qazinin anası müəllim işləyir, tanıyırıq. İki qardaş idilər. Qardaşı ali təhsillidir, Bakıda işləyir. Atası da Rusiyada çalışıb. Oraya gedib-gəlir. Onlar narahat ailə də deyillər. Qazi bizə həyətyanı torpaq sahəsi üçün müraciət edib. Biz də bələdiyyəyə tövsiyyə etmişik ki, ona müvafiq qaydada torpaq sahəsi ayrılsın. Bələdiyyə də onu ayırıb, hazırda sənədləşmə işi gedir. Başqa bizə müraciəti olmayıb. İndi da araşdırma gedir, araşdrımadan sonra intiharın dəqiq təfərrütları bilinəcək”.

Qeyd edək ki, Ülvi İsgəndərovun atası İsfəndiyar İsgəndərov AZXEBER.COM-a açıqlamasında oğlunun iş tapa bilmədiyini və sosial problemləri olduğunu demişdi:

"Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni, iş problem var idi, sonda da belə oldu".

Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov isə iddialara cavab vermişdi: "Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO