"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı

"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
MƏDƏNİYYƏT
16:24 27.08.2025
27382
Qalmaqallı şəkildə IX "Muğam müsabiqəsi"ndən ayrılan iştirakçı Kənan Novruzov yaşanan qalmaqalla bağlı danışıb.

O AZXEBER.COM-a açıqlamasında Xalq artisti Nəzakət Teymurovanın onun ünvanına səsləndirdiyi fikirlərə  münasibət də bildirib.

Kənan müsabiqədə 1-ci yer iddiasında olmadığını deyib:

"Mən 1-ci yer iddiasında deyiləm. Birinci yerin qalibi Aytac bacımı da ürəkdən təbrik edirəm. Hər həftə rəngarəng, yaddaqalan çıxışları ilə o yeri halallıqla qazandı. Halbuki elə Nəzakət xanım özü mənim ifamı heç vaxt bəyənməyib, həmişə ifamda qüsur axtarıb. O ki, qaldı mənim iddialarıma, dediyim odur ki, digər iki yerin qalibləri obyektiv qiymətləndirilmədi. Bu göz qabağında olan sənətdir. Bura bütün dünya baxır. Mənim kimi Aycan Şükürlünün də haqqına girildi. Hamı deyirdi ki, Kənanla Aycanın 3-lükdə yeri var. Açın bütün tamaşaçı rəylərini oxuyun. Elin gözü tərəzidir".

Kənan Nəzakət Teymurovanın öz tələbəsini 2-ci yerə layiq görməsini isə doğru hesab etmədiyini deyib:

"Münsif heyətində olan Nəzakət xanımın öz tələbəsini 2-ci yerə layiq görməsi nə dərəcədə doğrudur? Axı elə Aycanın balları hər həftə ondan üstün olurdu. Hansı meyarlara əsasən öz tələbəsi 2-ci oldu? Halbuki, elə 2-ci yerin qalibi 3 ay ərzində ancaq "Segah" muğamının bütün növlərini və "Şahnaz" muğamını ifa etməkdən başqa heç nə göstərmədi. Mənim ifalarıma açın, baxın. Hər həftə bir-birindən fərqli repertuarla çıxışlar edirdim. Öz tələbələri xalq mahnısını, bəstəkar mahnısını təsnif adıyla təqdim edib ifa edəndə heç bir irad bildirmirdilər, mənim dahi Bülbülün repertuarından ifa etdiyim "Segah təsnifi"ni ifamda nöqsan tapmayaraq əlində bayraq edib xalq mahnısıdır deyə car çəkirdi. 

Kənan müsabiqədə heç kəsin ifa etmədiyi muğamları səsləndirdiyini bildirib:

"Mən o müsabiqədə "Xaric Segah" muğamını oxumuşam. Heç bir oğlan xanəndə onu müsabiqə boyunca ifa etmədi, mən orda "Heyratı" zərbi muğamı oxumuşam yenə də heç bir oğlan xanəndə onu ifa etmədi. Baxmayaraq ki, 3 ay boyunca hər həftə danladıqları, ifasına qüsur tutduqları (muğama səhv əyaq vermələr, ritmdən çıxmalar, qəzəlləri səhv salmalar) güzgüdə özünə bax dediklərini belə 3-ə layiq görüblər. Mənim iddialarım məhz bunlardır. Əslində, deyiləsi çox söz var. Sadəcə əllərini vicdanlarına qoysalar yaxşı olar. Nəinki, durub öz qüsurlarına bu cür yersiz cavab verməklə don geydirməkləri".

Xatırladaq ki, Nəzakət Teymurova açıqlamasında "Kənan hansı yerə sahib olmaq istəyirdi ki? O hələ sevinməlidir ki, 200 nəfərin içindən 20-ci yerə daxil olub. Demək ki, qüsurları olub deyə, bütün münsiflərin qərarına əsasən birinci seçilməyib" sözlərini deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Soçiyə hücuma görə 100-dən çox reys ləğv olundu
18:26 04.09.2026
Soçiyə hücuma görə 100-dən çox reys ləğv olundu
Mərmərə dənizində 10 ekipaj üzvü ilə batan gəminin yeri müəyyənləşdirilib
18:14 04.09.2026
Mərmərə dənizində 10 ekipaj üzvü ilə batan gəminin yeri müəyyənləşdirilib
ABŞ-də işə qəbulda yenilik: Namizədlərlə süni intellekt danışacaq
18:02 04.09.2026
ABŞ-də işə qəbulda yenilik: Namizədlərlə süni intellekt danışacaq
Yeni metro stansiyasının adı belə olacaq
17:48 04.09.2026
Yeni metro stansiyasının adı belə olacaq
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
17:30 04.09.2026
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
17:29 04.09.2026
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
17:28 04.09.2026
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
17:22 04.09.2026
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
17:17 04.09.2026
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
17:06 04.09.2026
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
16:47 04.09.2026
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
16:31 04.09.2026
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
16:24 04.09.2026
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
16:19 04.09.2026
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
16:17 04.09.2026
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
16:11 04.09.2026
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?