Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Gənclər siyasəti və idman komitəsinin sədri vəzifəsinə deputat Ülvi Quliyev təsdiq edilib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, Ü.Quliyev komitədə indiyədək sədrin müavini vəzifəsini icra edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə parlamentin Gənclər siyasəti və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.