Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.
Bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.
Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.
2015–2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.










































