Ülviyyədən boşanma iddialarına CAVAB: "Artıq mənim üçün heç bir önəmi yoxdur"

Ülviyyədən boşanma iddialarına CAVAB: "Artıq mənim üçün heç bir önəmi yoxdur"
MAQAZİN
23:57 24.10.2022
2360
"Həyat yoldaşıma bacardığım qədər zaman ayırıram. Ana kimi üzərimə düşən bütün öhdəlikləri nəyin bahasına olursa olsun, edirəm. Şükürlər olsun ki, çatdırıram". 

AZXEBER.COM bizim.media-ya istinadən bildriir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli qonaq olduğu "Sözbaz" maqazin verilişində deyib.  

Son günlər həyat yoldaşı aktyor Murad İsmayılla ayrılıq xəbərləri ilə gündəmə gələn Ülviyyə açıqlaması ilə bu iddiaları yalanlayıb:

"Bəlkə, bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı. Hətta bu, evliliyimin ikinci, altınca ayında da ola bilərdi. İki aydan sonra evliliyimizin dörd ili olacaq. Dörd il ərzində əgər ailəm dağılmayıbsa, bu, mənim gücümün sayəsində olub. İnsanlar üçün kənardan baxıb, nə isə demək çox asandır. Mən bu söz-söhbətlərə artıq alışmışam. Elə şeylər var ki, onları olduğu kimi qəbul etməyə başladım, çünki qəbul etməsəydim yaşamaq çox çətin olardı. Artıq hər şeyi boş verib, öz yolumla gedirəm. Kim nə istəyir eləsin, kim nə istəyir danışsın. Artıq mənim üçün heç bir önəmi yoxdur. Son ana qədər qadın çırpınır ki, ailəsi dağılmasın. Sosial mediada haqqımda yazırlar ki, "hər şey eləmisən, toyun olub, uşaqların var. Sənə nə lazımdır? Rahat həyatın var".

Kənardakılar üçün televiziya insanlarına bu kimi şeyləri yapışdırmaq çox asandır. Amma heç bir xanım istəmir ki,  ailəsi dağılsın. Əgər bu yaxşıdırsa, niyə mən bunu dağıdıb, özümə nələrsə yenidən axtarmalıyam, kəşf etməliyəm və təzədən onu qurmalıyam? İnsanlar sadəcə söz olsun deyə danışır.


Bəzi sosial şəbəkədə oturan xanımlar xoşlayırlar ürək bulandırmağı. Sevirlər aşağılamağı. Sanki belə etməklə bəyin gözündə qalxacaqlar. Amma elə deyil. Hər zaman hər bir mövzuda qadınların tərəfində olmuşam".  

Qeyd edək ki, Ülviyyə-Murad cütlüyünün Fuad və Rəsul adlı iki oğlan övladı var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı