O, deyib: «Çox sərt valideynlərim var və həmişə onların göstərişlərinə əməl etməli olmuşam. İlk dəfə 17 yaşımda sevmədən ailə qurmuşam. Ərim məni çox sevirdi. Amma biz tam fərqli insanlar idik. Uşaqlıqdan karyera arzusunda olmuşam və özümü evdar qadın kimi təsəvvür edə bilmirdim». İlhamənin sözlərinə görə, ərinin bəzi problemləri olub: «Bu, məni onu tərk etməyə məcbur etdi. Çox yumşaq insan olsam da, hərdən mən də sərt ola bilirəm. Ərimi özüm tərk etmişəm və bundan peşman deyiləm».