İradə İbrahimovanın qızı dünyaya gəlib. 4 kilo çəkidə olan körpə İstanbulun özəl klinikalarından birində doğulub. Müğənninin mətbuat katibinin verdiyi məlumata görə, həkimlərin rəyinə əsasən uşaq qeysər üsulu ilə dünyaya gəlməli idi. Lakin əməliyyata sayılı saatlar qalmış müğənni körpəsini təbii doğuş yolu ilə dünyaya gətirib. Həkimlərin rəyinə əsasən proses uğurlu keçib və ana ilə körpə özlərini yaxşı hiss edirlər. Körpəyə İpək İzər adı verilib.
Mətbuat əlaqələndiricisi qeyd edir ki, həyat yoldaşı bu xoş xəbərə görə İradə xanıma avtomobil hədiyyə edib.