Müğənni Rəqsanənin qabırğaları sınıb

ŞOU-BİZNES
10:07 24.01.2011
1785

Xatırladaq ki, gecə saatlarında müəyyən səbəbələrə görə evdən əsəbi və gərgin şəkildə çıxan müğənni hirsini soyutmaq məqsədilə Novxanı yolunda maşın sürməyi qərara alıb. Lakin bu gəzinti müğənniyə baha başa gəlib. Belə ki, qaranlıq gecədə qəfildən qarşıdan çıxan «KamAz» onun avtomobilinin üstünə gəlib. «KamAz»la toqquşan zaman Rəqsanə aldığı ağır bədən xəsarətindən huşunu itirib.

Müğənninin prodüseri Təranə Səmədovanın Milli.Az xəbərlər portalına verdiyi məlumatına görə, onun səhhəti hələ də qənaətbəxş deyil: «Avtomobil qəzası zamanı başından güclü xəsarət alan və bir neçə qabırğasını sındıran Rəqsanə hələ də özünə gəlməyib. Həm mənəvi, həm də fiziki zərbələrdən müalicə olunan Rəqsanə nə televiziya, nə də mətbuat orqanları ilə danışmaq istəmir».

Avtomobil qəzası zamanı ciddi bədən xəsarəti almasını gizlətmək məqsədilə ev şəraitində müalicə olunan Rəqsanə ilk günlər dəhşətli ağrılar keçirsə də, hazırda özünü kafi hiss edir. T.Səmədova «Həkimlər ağrıya dözməyən Rəqsanənin qabırğalarını «blokada»ya salırdılar ki, ağrı yüngülləşsin» - deyə bildirdi: «O, hələ də zəifdir, özünü tam toparlamayıb. Buna görə də Rəqsanənin yanvarın 30-a planlaşdırılan solo konserti yaza qədər təxirə salınır».

// milli.az

 

OXŞAR XƏBƏRLƏR