Müğənni Suli 7 il fikirləşdi, sonunda İslamı qəbul etdi

ŞOU-BİZNES
21:29 17.12.2010
2107

“Mən islamı qəbul edirəm! Mən buna doğru uzun müddət getmişəm, müvafiq ədəbiyyat oxumuşam və öz daxili aləməmi buna hazırlamışam. Etiraf edim ki, çox çətin olub. Mən hələ keçən həftə islamı qəbul etmək istəyirdim, lakin sağlamlığla bağlı güclü problemlər buna mane oldu. Bu, öhdəsindən gələ bildiyim ciddi sınaq olub. Və budur çoxdan gözlədiyin məqam gəlib çatdı. Səmimi sözümdür, mən hələ ki namaz qılmağa və hicab bağlamağa hazır deyiləm, hər şey tədricən olmalıdır, lakin gec-tez bunu da edəcəm. Xahiş edirəm, hamı məni düzgün başa düşsün, mənə indi dəstək lazımdır. Bəziləri mənim seçimimə qarşı çıxıblar, mane olmağa səy göstəriblər, hətta hesab edirdilər ki, bu hansısa piardır. Necə belə fikirləşmək olar? Dindən necə reklam kimi istifadə etmək olar? Bu ki, hörmətsizlikdir. Əsas odur ki, qəlbim islamı qəbul edib və həyatımın sonuna kimi heç bir çətinliklərə baxmayaraq, Rəhimli Allaha sadiq qalmaq istəyirəm”, – Trend Life-a Suli bildirib.

İslam alimlərinin fikrincə, əvvəllər heç vaxt müsəlman olmayan şəxs Bslamı qəbul edirsə, Uca Allah Rəhməti ilə onun bütün günahlarını bağışlayır və belə insan yenidən doğulmuş körpə kimi təmiz olur.

Suli (Viktoriya Yemelyanovna Xaçirova, qızlıq soyadı Qamxurelidze) Şimali Osetiyanın Mosduk şəhərində çoxmillətli ailədə anadan olub. Onun atası osetin, anası isə gürcüdür. Məlum millətlərarası münaqişələrdən sonra onun ailəsi dağılıb və anası üç qızı ilə Tbilisiyə köçüb. Suli burada Dövlət Konservatoriyasını bitirib. Suli yaradıcılığa “Efemera” gürcü rok qrupunda solist kimi başlayıb, sonradan isə model olub. Yeddi il bundan əvvəl azərbaycanlı dostlarının dəvəti ilə Bakıya köçüb. 2009-cu ildə “İlin ən yaxşı əcnəbi müğənnisi” nominasiyasında ikinci dəfə “Qrand-2008”in mükafatçısı olub. O, keçən il Azərbaycanın şou-biznesindən getdiyini bəyan edib, lakin növbəti ilin əvvəlində yenidən səhnəyə çıxmağa hazırlaşır.

OXŞAR XƏBƏRLƏR