Müdafiə Naziri əmr verdi: Hərbi hissələrdə xüsusi rejim elan edilsin

MARAQLI
06:02 07.07.2011
2014
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Trend-ə bildirib ki, bununla bağlı müdafiə naziri Səfər Əbiyev müvafiq əmr imzalayıb.

Eldar Sabiroğlu bildirib ki, əmrə görə, hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır.

Nazirlik rəsmisinin sözlərinə görə, məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, ilk növbədə, günvurmadan qorumaqdır.

Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib.

OXŞAR XƏBƏRLƏR