Ramazan ayı 29, yaxud 30 gün olacaq. Ramazan ayının başa çatması və şəvval ayının başlanması hilalın (ayın) görünməsindən asılı olaraq QMİ tərəfindən elan ediləcək. QMİ bunu AMEA Şamaxı Astrofizika Rəsədxanasından aldığı məlumat əsasında bildirəcək.
Qeyd edək ki, yemək; içmək; cinsi əlaqə; istimna (onanizm); qatı tozu udmaq; Allah, Peyğəmbər və İmamların adından yalan söz demək; Sübh namazınadək bilərəkdən cənabət, heyz və ya nifaz halında qalıb qüsul etməmək; başı tamamilə suya batırmaq; maye sevlərlə imalə etmək və qəsdən qusmaq orucu batil edir.
Ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır.
Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışdıqda İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır.