Müsəlman qadınlara 77 kilometrdən uzağa getmək qadağan edildi

MARAQLI
17:14 10.03.2011
1956

Hindistanın şimalında minlərlə ilahiyyat fakültəsinə nəzarət edən, milyonlarla təqibçisi olan İslami Universitet Darül Ulum Deoband bununla bağlı fitva verib.

Fitva haqqında məlumat müsəlman bir qadının internet saytında verdiyi sualdan sonra yayımlanıb. Evli qadın yanında qız uşağıyla səyahət edə bilərmi sualına cavab 77 kilometr məhdudiyyəti ilə açıqlanıb.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində verilən bu fitva müsəlman qadın aktivistləri ayağa qaldırıb. Qadın hüquq müdafiəçiləri, Darül Ulum Deobandın Ərəb yarımadasında 1400 il əvvəlki qaydalarla hərəkət etməsinə etiraz ediblər.

Fitvanı müdafiə edən səlahiyyətli isə bunu şiddət hallarının artması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu səbəbdən qərara heç bir müsəlman ailə etiraz etməyib.

Qeyd edək ki, 77 kilometr ölçüsü Məhəmməd Peyğəmbərin dövründə təhlükəli səhradan bir gündə dəvə ya da atla gedilən ən uzun məsafəni əks etdirir.

 

 

OXŞAR XƏBƏRLƏR