Məşhur boksçu indi gücünü siyasətdə yoxlayır

Məşhur boksçu indi gücünü siyasətdə yoxlayır
MARAQLI
07:44 13.08.2011
1724


«İnternational Herald Tribune» qəzeti yazır ki, Dünya Boks Şurasının ağırçəkili çempionu paytaxta nə növbəti döyüş üçün, nə də fanatlarını salamlamağa gəlmişdi. O, kifayət qədər yerinə düşən boks analogiyalarından misal gətirərək gurultulu səslə Ukrayna siyasəti barədə danışırdı. Onun «Udar» müxalifət partiyası keçən payız yerli qanunverici orqanlara seçkilərdə Ukraynanın 24 regionundan 15-də qələbə qazanıb. Köməkçiləri deyirlər ki, sorğulara görə, seçicilərin 4.5 faizi «Udar»a dəstək verir, amma 3 faizlik dəstəyin özü də 2012-ci il parlament seçkilərində iştirak üçün kifayət edir.

2003-cü ildə Los Ancelesdə dünya çempionu adı uğrunda Lennoks Lyuislə (Lennox Lewis) ilk döyüşünü aparmış KLİÇKO İNDİ UKRAYNANIN DAĞINIQ MÜXALİFƏTİ İLƏ DÖYÜŞÜR.

Keçən həftə keçmiş Baş nazir Yuliya Timoşenkonun (Yulia Tymoshenko) həbsi və Ukrayna siyasətindəki daimi mübarizə seçiciləri o qədər çaşdırıb ki, onların yeni siyasi simalara ehtiyacı var.

V.Kliçko keçən həftə xanım Timoşenkonun həbsinə qarşı çıxmaq üçün Avstriyadan Kiyevə qayıdıb, deyib ki, o, siyasətə əzilmiş müxalifəti canlandırmaq üçün gəlib.

«Müxalif siyasətçilərinin bir-birinin ardınca həbs edilməsi normal deyil», – deyən Kliçko bildirib ki, bu, prezident Viktor Yanukoviçin (Viktor Yanukovych) müxalifət liderlərini təmizləməsidir. «Əlbəttə, başa düşürük ki, Timoşenko özü də müqəddəs deyil. Onun hərəkətlərində mənfi nüanslar az deyil. Dövrü olaraq yerlərini bir-birinə satan indiki hökumət və müxalifət bir-birindən betərdir».

V.Kliçko bir vaxtlar qeyd etmişdi ki, «SİYASƏT» SÖZÜ UKRAYNADA SÖYÜŞ KİMİ İŞLƏNİR:

«Siyasətçilər xalq arasında hörmətsizdirlər, etibarı itiriblər. Siyasətçi deyəndə, əksəriyyətimiz yalan danışan, söz verib yerinə yetirməyən bir insanı təsəvvür edirik. Onun seçilməsinə kömək edən insanlara verdiyi sözlər isə keçmişdə qalır…».

Sorğular göstərir ki, seçicilərin 35 faizi hələ də qərarsızdır, bu isə yeni fiqurların xeyrinədir. Politoloq Mixail Poqrebinski (Mikhail Pogrebinsky) deyir ki, qərarsız seçicilərin çoxu 2004-cü ildə «Narıncı inqilab»la hakimiyyətə gəlmiş koalisiyanın keçmiş tərəfdarlarıdırlar:

«Hakimiyyətin nüfuzu aşağı düşür, amma insanlar «narıncı» qrupa səs vermək istəmirlər. Burada ən optimal yol yeni siyasi fiqurdur».

SOVET HAVA QÜVVƏLƏRİ GENERALININ OĞLU V.KLİÇKO Məhəmməd Əli (Muhammad Ali), Lennoks Lyuis və Evander Holifilddən (Evander Holyfield) sonra üç dəfə müxtəlif vaxtlarda dünya çempionu titulu almış dördüncü adamdır. O və boksçu qardaşı Vladimir Ukraynanın idman qəhrəmanlarıdır. 40 yaşlı cənab Kliçko dörd dildə danışır və idman elmləri namizədidir.

Avqustun 11-də Kiyevdəki mətbuat konfransından sonra V.Kliçko qara «Toyota Land Cruiser»inə oturub, xanım Timoşenkonu dəstəkləyən etirazçılarla dolu küçələrdən keçib, xarici diplomatlarla görüşə getdi. Onun məsləhətçiləri bildirirlər ki, həddindən artıq sərt mövqe yanlışdır, «narıncı koalisiya» ilə yaxınlıq siyasi məsuliyyət yarada bilər.

«BAŞ VERƏNLƏRDƏN NARAZIYAM»

V.Kliçko Məhəmməd Əli barədə demişdi ki, o, kəpənək kimi uçub, arı kimi sancır: «Zərbəni vuran yox, ondan yayınan qazanır».

V.Kliçko deyir ki, divanda oturub Ukraynada baş verən hadisələrə şərh vermək istəmir:

«Evdə, divanda oturub prinsiplər haqqında, Ukraynada baş verənlər haqqında fikir yürütmək olar, amma bununla heç nə dəyişməyəcək. Siyasətə gəlmək, işləmək lazımdır. Siyasət sadəcə, daxildən dəyişmək üçün vasitədir. Mən divanda oturub Ukraynada baş verənləri şərh vermək istəmirəm. Baş verənlərdən tamamilə narazıyam. Bilirəm ki, Ukrayna Avropa ölkəsidir, yalnız coğrafi cəhətdən yox əlbəttə. Ukrayna islahatlar aparmaqla inkişaf etmiş ölkələrdəki həyat standartları ilə Avropa ölkəsi ola bilərik. Mənim üçün siyasət məqsəd deyil, bir çox şeyin həyata keçirilməsi, prinsiplər üçün alətdir».

//Azadlıq Radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR