Danimarkalı film ustası mətbuat konfransında dediklərinə görə üzr istəyib.
"Mən anti-semit və ya irqçi deyiləm, nasist də deyiləm"- deyilir onun bəyanatında.
Triyerin "Melanxoliya" filmi festivalda nümayiş etdirilib.
Kann festivalının təşkilatçıları təcili iclas keçirib fon Triyerin "dərhal persona non qrata" elan edilməsi barədə qərar çıxarıblar.
55 yaşlı kinorejissor "Hitlerə rəğbət bəslədiyini", yəhudilərə qarşı olmasa da, İsraili qlobal siyasətin əsas problemlərindən biri hesab etdiyini demişdi.
Fon Trieyer 2009-cu ildə Kann festivalında özünün olduqca ziddiyyətli, seks səhnələri və zorakılıqla dolu Antixrist filmi ilə iştirak etmişdi.