Məşhur reper striptiz-kluba üz tutdu - FOTO

Məşhur reper striptiz-kluba üz tutdu - FOTO
ŞOU-BİZNES
11:10 19.05.2011
1688

düynanın ən məşhur reperlərindən olan Snup Doq yeni albomunun təqdimatını Londonda keçirib.

Adi, rutin bir hadisədir və kütləvi informasiya vasitələri bəlkə də hadisəyə o qədər də önəm verməzdilər. Amma reper "Doggumentary" albomunun təqdimatını Londonun ən məşhur striptiz-klublarından biri kimi tanınan "Platnium Lace"də təşkil edib. Əynində mavi rəngdə "Adidas" idman forması olan 39 yaşlı reperin dediyinə görə, klubu seçməsi təsadüf deyil.

"Əvvəla, Britaniyanı çox sevirəm və Londonda da qonaqpərvərliyinə görə təşəkkür edirəm. Bundan başqa, belə qızların əhatəsində albomumu təqdim etmək əla işdir və mənə ləzzət verir", - Snup Doq deyib.

Təqdimat mərasimindən sonra Snupi Londonun məşhur gecə barı "Madame Jojo"ya yollanaraq səhərə qədər əylənib.

/milli.az

{jcomments off}

 

OXŞAR XƏBƏRLƏR