Mədəsindən 2 kq tük çıxan qız xəstəxanadan buraxılıb

Mədəsindən 2 kq tük çıxan qız xəstəxanadan buraxılıb
MARAQLI
11:05 15.04.2011
2328
Azərbaycanda mədəsindən 2 kq tük çıxan qız artıq evə buraxılıb. Cərrahiyyə yolu ilə mədəsindəki 2 kiloqram tükdən azad olan Qəbələ sakini 15 yaşlı Fatma Osmanova 7 günlük stasionar müalicə alıb. Daha sonra bu, ambulator müalicə ilə əvəzlənib. 

Xəstənin həkimi, professor cərrah Fariz Camalov bildirib ki, sonrakı dövrdə də həmin xəstə ilə əlaqə saxlayacaqlar: “Məsləhət görmüşük ki, 1 aydan sonra yenə də muüayinə üçün gəlsin. Zaman-zaman müayinələri davam etdirəcəyik. Bu proses yenə də əmələ gələ bilər. Çünki bu anadangəlmə və yaxud sonradan qazanılma ola bilər. Xəstə hazırda tam normal adamlar kimidir, yəni xəstə deyil, sağlam adam kimi qidalana bilər”.


Xatırladaq ki, 15 yaşlı Fatma Osmanova valideynləri tərəfindən kəskin köp və mədə ağrıları şikayəti ilə rayonda yerləşən diaqnostika mərkəzinə aparılıb. Müayinədən sonra həkimlər onu təcili olaraq Bakıya Respublika Klinik Xəstəxanasına göndərmək qərarına gəliblər. Bakıda müayinə zamanı qızın mədəsindəki fitiobezuar, yəni tükdən ibarət bərkimiş kütlə bütün həkim heyətini dəhşətə gətirib. Kütlənin nə az nə çox, düz 2 kiloqramdan artıq çəkisi olub. 


Professor cərrah Fariz Camalov bildirib ki, qız xəstəxanaya gətiriləndə mədəsində toplanan “qida” onun nəinki mədəsinin, həm də 12 barmaq bağırsağına qədər yığılaraq həmin orqanların bütün divarlarına pərçimlənib. Cərrahiyyənin ən ağır patalogiyası formasında olan qızı dərhal əməliyyat stoluna qaldırıblar. Əməliyyat ağır keçsə də, məharətli əllər mədənin və 12 barmaq bağırsağın formasını alan tük kütləsini orqandan azad edib.

Həkim izah edib ki, bu çəkidə kütlənin mədədə formalaşması isə bir neçə səbəbdən ola bilər. Birinci qazanılma, yəni uşaq saçını uda bilər. Elmdə də daha çox bu versiya üzərində dururlar. Lakin kütlənin anadangəlmə törəyə biləcəyi versiyası da var. 

Onu da bildirək ki, əməliyyat zamanı həkimlər qızın orqanlarından 2 kiloqram tüklə yanaşı, onun qarın boşluğundan həm də 5 litrə yaxın çirkli maye çıxarıblar.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib