"Mən istismar olunmaq istəmirəm, idarə olunmaq istəmirəm"

MARAQLI
20:37 12.01.2011
1946

-Səlim bəy, adınız ictimaiyyətə 2008-ci ildə Ümid partiyası ilə tanındı. Bu yaxınlarda isə “Ümid”dən ayrıldız. Münasibətin pozulma səbəbləri nə idi?

 - Düzdü məni ictimaiyyət 2008-dən tanınmağa başladı, amma mən 2003-dən Azərbaycanda gedən ictimai və siyasi proseslərin içindəyəm. 23 yaşımın olmasına baxmayaraq 2003-cü ildən 2010-cu ilə qədər Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişəm. Münasibətin pozulma səbəbi sadəcə olaraq mənim düzgün yolda olmadığımı anlamam oldu. Bilirsiniz, kiminsə təsirinə düşmək çox pis bir şeydir, mən də təsir altına düşmüşdüm və saatlı bomba kimi hərəkət edirdim, gözüm bağlanmışdı. Ətrafımda olan yaxşı prosesləri də pis qiymətləndirirdim. Amma gec də olsa anladım ki, mən istismar olunmaq istəmirəm idarə olunmaq istəmirəm. Mən də cəmiyyətə öz fikirlərimlə addım atmaq istəyirəm.

 - Bugünki Azərbaycan müxalifətinin vəziyyəti sizcə necədir?

- Onlardan soruşsanız deyəcəklər ki, seçki saxtakarlığı, anti–demokratik şərait, amma mən deyirəm ki, əgər bu gün Azərbaycan müxalifəti xarici qüvvələrə və şəxsi mənafelərinə etdiyi xidmət qədər millətə xidmət etsələr bu qədər uğursuzluq olmaz! Bu gün Azərbaycan müxalifəti yalnız və yalnız aqressiv çıxışlar etməklə məşğuldur. Bu gün Azərbaycan müxalifəti hər hansı bir məmurun özbaşınalığını hökümətin daxili siyasəti kimi qiymətləndirir. Amma 1992-1993-cü ildə AXC hakimiyyəti vaxtında həyətdə gəzmək mümkün olmurdu, forma altında gizlənən quldurlar insanları soymaqla məşqul idilər. Əgər bu gün Azərbaycan müxalifəti hər hansı bir məmurun özbaşınalığını bu gün hökümətin daxili siyasəti kimi qiymətləndirirsə, onda İsa bəyin və Əli bəyin bu gün iqtidar olmaq istəyirəm deməyə haqları yoxdur.

 - Səlim bəy, sizin hal-hazırkı siyasi mövqeyinizi bilmək maraqlı olardı?

- Məni bir sıra insanlar əqidəsizlikdə günahlandırırlar. Amma mən bunu əqidəsizlik deyil sadəcə olaraq düz yola qayıtmaq kimi qiymətləndirirəm mən bir şeyə görə çox təəsüflənirəm ki, düzgün olan zaman düzgün olan insanların yanında olmadım. Amma buna baxmayaraq ziyanın yarsından qayıtmaq özü bir xeyirdi. Bu gün Azərbaycan iqtidarı iqtisadi inkişafı güclü olan 1 dövlət qurmaq istəyir və mənə elə gəlir ki, hansı yalnız danışmağı bacaran bir liderin ətrafında deyil, əməlləri ilə bizim gəncliyin yanında olan bir liderin ətrafında toplaşmalıdırlar. Mən bu gündən sonra Azərbaycanı xarici qüvvələrə təslim etmək istəyən qüvvələrə qarşı mübarizə aparacağam və bütün Azərbaycan gəncliyini Azərbaycan gəncliyinin dostunun yanında olmağa çağırıram.

OXŞAR XƏBƏRLƏR