"Mən səni gerçəkdən sevdim" (ŞEİR)

KÖŞƏ
20:46 30.04.2011
4164

yaşaya bildiyim qədər əzablı,

yaşlı dünya cavanlaşdı,

yaşlandı bir cavan oğlan.

* * *

Mən səni gerçəkdən sevdim,

bircə ayrılıq bəhanəm yalan oldu.

Sevərək ayrılanlar bilər,

sevginin nə qədər uzaq,

ayrılığın nə qədər yaxın olduğunu.

* * *

Mən səni gerçəkdən sevdim,

məhəbbət partlaması,

eşq eyfariyası,

ağır sevgi zamanı,

kantuziya almış aşiq,

qəlbdən əlil,

sevgi əngəlli.

* * *

Mən səni gerçəkdən sevdim

və indi anladım

sevgi və siqaretin

insan orqanizminə eyni dərəcədə

zərərli olduğunu.

Səhiyyə nazirliyi xəbərdarlıq edir:

sevmək sizin sağlamlığınız üçün təhlükəlidir...


Məmməd Rauf (Ağayev)

 

OXŞAR XƏBƏRLƏR