Albomda Mənsum İbrahimovu ənənəvi üçlüyü – tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada isə Kamran Kərimov müşayiət edib. Bu barədə əməkdar artist, tarzən Elçin Həşimov məlumat verib. “Albomda elə mahnılar var ki, onlar Mənsum İbrahimovun ifasında sevilib. Elə albomun adını daşıdığı “Yana yana kül oldum”, “Axtararsınız”, “Hadi gözəl yar” kimi mahnılarla yanaşı, burada yeni əsərlər də var. Sözləri və musiqisi xalq artisti Əlibaba Məmmədova aid olan, məhz Mənsum İbrahimov üçün yazılan “Sənsizləmiş dəli könlüm”, Şəfiqə Axundovaya aid olan “Mehriban olaq” mahnısı alboma daxil olan mahnılardandır. ” – deyə, tarzən əlavə edib.